500 min evin aqibəti necə olacaq?

SOSİAL 23 iyul 2025, 13:35
Azərbaycanda sənədsiz 500 min evin aqibəti ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

Onun bildirdiyinə görə, sözügedən fərman 100 minə yaxın sənədsiz evin rəsmiləşdirilməsinə imkan yaradır: “Ölkədə sənədsiz evlərlə bağlı amnistiya xarakterli sənədlər daim olub. Bu fərman da bariz nümunədir. Lakin yerdə qalan sənədsiz evlər təəssüf ki, ya yüksəktəzyiqli qaz xətlərinin, neft-boru kəmərlərinin, yüksəkgərginlikli elektrik xətlərinin mühafizəsində tikilib və ya zəbt olunaraq hər hansı sənəd olmadan tikilən evlərdir. Onlarla bağlı yanaşma fərqli olmalıdır”. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyul 2025, 20:07
Top