Xalq artisti axtarışa verildi — FOTO

ŞOU-BİZNES 21 iyul 2025, 17:20
Rusiyanın Xalq artisti Nikolay Baskov Ukraynada axtarışa verilib.

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. Bildirilib ki, o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.

Qeyd edək ki, Baskov 2022-ci ilin fevralından Ukraynada hərbi əməliyyatları fəal şəkildə dəstəkləyir. 2023-cü ildə sənətçi Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan Qərb tanklarını sıradan çıxaran hər kəsə 1 milyon rubl ödəyəcəyini vəd etmişdi.

Nikolay Baskov 2004-cü ildə Ukraynanın "Xalq artisti" olub. 2024-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski onu bu addam məhrum edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top