Haqqında danışdıqlarınız qarşınıza çıxırsa... — AÇIQLAMA

GÜNDƏM 21 iyul 2025, 18:56
"Bəzən bir məhsuldan ya da mövzudan yalnız danışdığımız halda, sosial mediada və ya brauzerlərdə ona aid reklamlar qarşımıza çıxır. Bu vəziyyətin izahı bir neçə texniki və ehtimala əsaslanan şəkildə verilə bilər. 
Sosial media və axtarış platformaları sənin davranışlarını, yazdıqlarını, kliklərini, izlədiklərini və hətta kimlə danışdığını analiz edir".


Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib. 

O bildirib ki, bu məlumatlar sayəsində alqoritm şəxsin nə ilə maraqlandığını “təbii şəkildə” təxmin edir:

"Məsələn, siz bir dostunuzla danışırsınız, o həmin məhsulu axtarıbsa və sizin qarşılıqlı əlaqəniz varsa (mesaj, eyni Wi-Fi, lokasiya), onun maraq dairəsi sənə də reklam kimi ötürülə bilər. Eyni mühitdə olduğunuz  insan bir məhsulu axtarıbsa, siz də eyni IP-də və ya yaxın ərazidə olduğunuza görə eyni reklamı görə bilərsiniz.
Bir çox mobil tətbiq (xüsusilə pulsuz olanlar) mikrofona, kontaktlara, lokasiyaya, brauzer tarixçəsinə çıxış istəyir.Bunların bəziləri istifadəçinin nə dediyini və necə davrandığını analiz edib reklam sistemlərinə ötürə bilər".



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top