Politoloq: "Rusiya mediası özünü müstəqil dövlət mövqeyindən çıxış edən qurum kimi aparmır"

GÜNDƏM 21 iyul 2025, 18:26
"Rusiyanın müxtəlif saytlarında və Telegram kanallarında Azərbaycan əleyhinə məlumatlar paylaşılır. Bu qarayaxma kampaniyası, şübhəsiz ki, son zamanlar Rusiya ilə Azərbaycan arasında baş verən gərginliklə bağlıdır. Faktiki olaraq, Rusiyanın təbliğat ruporları Azərbaycan əleyhinə fikirlər səsləndirirlər. Aydındır ki, bu kampaniya mərkəzdən idarə olunur və məqsədli şəkildə həyata keçirilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

O bildirib ki, bu qərəzli yanaşma yeni deyil:

"Savelyovlar, Zatulinlər, Simonyanlar kimi şəxslər Azərbaycan əleyhinə açıqlamaları hələ Rusiya-Azərbaycan münasibətləri müsbət olduğu dövrlərdə də səsləndirirdilər. Bu da göstərir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsində maraqlı olan qüvvələr daim mövcud olub və bu gün baş verənlər həmin dairələrin təsirindən qaynaqlanır".

Politoloq qeyd edib ki, təəssüf ki, Rusiya hakimiyyəti bu dairələrin yönləndirməsi ilə hərəkət edir:

"Azərbaycan təyyarəsinin vurulması, məsul şəxslərin cəzalandırılmaması və indiyədək obyektiv araşdırmanın aparılmaması, eləcə də Yekaterinburqda soydaşlarımıza qarşı həyata keçirilən vəhşi əməliyyatlar iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurur.

Əlavə olaraq, Rusiya mediası və siyasi çevrələri özlərini müstəqil dövlət mövqeyindən çıxış edən qurumlar kimi deyil, qərəzli təbliğat maşını kimi aparırlar. Halbuki, Rusiya bu gün ciddi müharibə şəraitindədir və belə bir vaxtda qonşuları ilə sağlam və normal münasibətlərə ehtiyacı var. Təəssüf ki, bəzi rus dairələri bu zərurəti nəzərə almır və münasibətlərin korlanmasında israrlıdırlar.Bu, olduqca təəssüf doğuran və təhlükəli tendensiyadır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top