III Şuşa Qlobal Media Forumu başa çatıb

MEDİA 21 iyul 2025, 20:40
İyulun 19-dan etibarən öz işinə başlayan və üç gün davam edən III Şuşa Qlobal Media Forumu yekunlaşıb.

APA xəbər verir ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Forum çərçivəsində bir sıra aktual panellər təşkil olunub.

“İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media Savadlılığının əhatəsində” mövzularında keçirilən müzakirələrdə beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri fikir və təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirə 52 ölkədən 140-a yaxın nümayəndə qatılıb.Onların arasında 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat, 80-ə yaxın media qurumu və digər aidiyyəti sahələrin təmsilçiləri yer alıb.

Tədbir çərçivəsində iştirakçılar Ağdama səfər edərək Ağdam İmarət Kompleksi, Sənaye Parkı, dəmir yolu və avtovağzal kompleksi ilə tanış olublar. Forumun sonunda isə açıq havada konsert proqramı və şam yeməyi təşkil olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top