Rusiyada dörd azərbaycanlı həbs edildi

GÜNDƏM 21 iyul 2025, 22:45

Moskvada mindən çox miqrantın qanunsuz leqallaşdırılmasında şübhəli bilinən Rusiya vətəndaşı olan dörd azərbaycanlı həbs edilib.

Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Milli Qvardiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, cinayətkar qrupun qanunsuz fəaliyyəti dayandırılıb. İlkin hesablamalara görə, mütəşəkkil dəstə mindən çox xarici vətəndaşı qanunsuz olaraq leqallaşdırıb.

Qeyd olunur ki, saxlanılanların yaşı 34-dən 62-yə qədərdir. Onlar əcnəbilərə Rusiyada 90 günə qədər qalmağa imkan verən saxta miqrasiya kartları hazırlayıblar.

İdarədən bildirilib ki, saxlanılanların hamısı təqsirli bilinərək 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top