Zelenski Rusiya ilə qarşıdakı danışıqların gündəliyini açıqlayıb

DÜNYA 21 iyul 2025, 21:34

Rusiya ilə danışıqlar zamanı Ukrayna yeni məhbus mübadiləsinin hazırlanmasını müzakirə etməyi planlaşdırır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.

“Görüşün gündəliyi bizə aydındır - məhbusların qaytarılması, Rusiya tərəfindən qaçırılan uşaqların geri qaytarılması və liderlərin görüşünün hazırlanması”, - o yazıb və danışıqlarda daha böyük dinamikaya ehtiyac olduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun 19-da Zelenski Ukraynanın müdafiə naziri Rustem Umerovun Rusiyaya gələn həftə danışıqların üçüncü raundunun keçirilməsini təklif etdiyini açıqlamışdı.

TASS-dakı mənbə bildirib ki, danışıqların yeni raundu iyulun 24-25-də İstanbulda keçirilə bilər.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top