Ukrayna Nazirlər Kabineti ötən il yaradılmış Milli Birlik Nazirliyini, Strateji Sənaye Nazirliyini, Aqrar Siyasət Nazirliyini və Ekologiya Nazirliyini ləğv edib.
Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə strana.ua məlumat yayıb.
Müdafiə Nazirliyinin yeni rəhbəri Denis Şmıqalın sözlərinə görə, Strateji Sənaye Nazirliyi onun idarəsi ilə birləşdirilib. Hökumətin Radadakı nümayəndəsi Taras Melniçuk bəyan edib ki, Milli Birlik Nazirliyi Sosial Siyasət Nazirliyi ilə birləşdirilib. Yeni şöbə Ukraynanın Sosial Siyasət, Ailə və Birlik Nazirliyi adlandırılıb.
Aqrar Siyasət və Ərzaq Nazirliyi və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin funksiyalarını yenilənmiş İqtisadiyyat, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.