Tramp BƏƏ-dəki əfqan qaçqınlara kömək edəcəyinə söz verib

DÜNYA 20 iyul 2025, 21:34
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərində olan əfqan qaçqınlara dəstək vermək niyyətində olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında məlumat verib.

“Mən indidən başlayaraq onları xilas etməyə çalışacağam”, - Tramp yazıb.

Qeyd edək ki, BƏƏ-də yaşayan əfqanların ölkə hakimiyyəti tərəfindən 2021-ci ildən Talibanın nəzarətində olan vətənlərinə deportasiya olunmaq ehtimalları var.

ABŞ-ın “Just the news” portalının məlumatına görə, ABŞ rəsmiləri baş verənləri anlamaq və deportasiyaları dayandırmağa çalışmaq üçün BƏƏ-dəki həmkarları ilə danışıqlar aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top