Rusiya səfirliyimizin ətrafını vurdu: ölənlər var — FOTOLAR

DÜNYA 21 iyul 2025, 10:51

Ukraynanın, paytaxt Kiyev də başda olmaqla bir sıra vilayətləri Rusiya ordusu tərəfindən kütləvi hava hücumlarına məruz qalıb.

Demokrat.az  “Report”a istinadən bildirir ki, Kiyevin mərkəzi Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında ciddi dağıntılar var.

Kiyevdə raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə endirilib.

Ölənlər və yaralananlar var. Tələfatların və hücumların konkret miqyası ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur.

u 2 u 3 u 4 u 5 u 6 u 7


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top