Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.
Demokrat.az xəbər verir ki, bu barədə Agentliyin Mətbuat xidmətindən məlumat verilib.
Xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır. Bu barədə təhlil xarakterli ətraflı məlumatlar (ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamlar) Agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşılır.
Eyni zamanda qeyd edək ki, tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə, müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmağı tövsiyə edirik.