Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar açıqlanıb.
Demokrat.az xəbər verir ki, 3,4, 8-10 iyul tarixlərində təşkil olunan test imtahanlarının nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Qeyd edək ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Texnologiya və təsviri incəsənət fənləri üzrə bəzi test tapşırıqlarında texniki və məzmun baxımından problemlər aşkar olunub.
Belə ki, texnologiya fənni üzrə Azərbaycan və rus bölməsində bir sualın şərtində uyğunsuzluq qeydə alınmışdır. Bundan əlavə, texnologiya fənni üzrə rus bölməsində bir sualın cavabında iki düzgün cavab olduğu müəyyən edilmişdir.
Təsviri incəsənət fənni üzrə isə hər iki bölmə üzrə 1 sualın cavab variantlarında uyğunsuzluq aşkar olunmuşdur.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilənlərə əsasən, sözügedən test tapşırıqlarının nəticələri yenidən hesablanıb.
Sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdə olan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb.
Test tapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahan nəticələri isə xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb.