Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsin qızı Dilan Çıtak sosial şəbəkələrdə yayılan video səbəbilə gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.
Demokrat.az xəbər verir ki, yayılan görüntülərdə Dilan Çıtakın homoseksuallar üçün barda rəqs etdiyi iddia olunub.
Sözügedən video "Mega Mag" adlı "Instagram" səhifəsində “Dilan Çıtak gey-barda rəqs edərkən görüntülənib” başlığı ilə paylaşılıb və qısa müddətdə sosial mediada geniş yayılıb.
Məsələ ilə bağlı açıqlama verən Dilan Çıtak görüntülərdəki şəxsin özü olmadığını bildirərək, yayılan məlumatları “yalan xəbər” adlandırıb. O, sosial şəbəkədə ünvanına yönələn tənqidlərə sərt reaksiya verib:
“Bu ölkədə linç refleksdir, cəhalət yoluxucudur. Bir qrup insan nə baş verdiyini belə anlamadan hücuma keçmək üçün kənarda gözləyir. Mən sizi tanıyıram. O vaxtlar heç anlamadan məni pis qız kimi damğalayan siz idiniz. Çünki bu ölkədə haqlı olmaq önəmli deyil, hədəf olmaq kifayətdir”.
Dilan Çıtak daha sonra videodakı qadının ona yazdığı mesajı ictimailəşdirərək, həmin şəxsin videoda özünün olduğunu təsdiqlədiyini bildirib. O, eyni zamanda həmin günə aid şəxsi videolarını da paylaşaraq iddialara son qoymağa çalışıb.
Qeyd edək ki, Dilan Çıtak ilə atası İbrahim Tatlısəs arasında uzun müddətdir davam edən mübahisələr daha əvvəl də media gündəminə düşmüşdü. Çıtak atasının ona psixoloji təzyiq göstərdiyini iddia etmiş, Tatlısəs isə cavabında “Uşaqlarımdan razıyam, birindən başqa...” sözlərini işlətmişdi.

Demokrat.az