"Azərbaycan universitetlərində Türkiyə modelinə keçid edə bilərik. Yəni, ödənişsiz dövlət təhsili modelini yarada bilərik. 80 milyon xalqı olan Türkiyə bunu bacarırsa, biz də bacara bilərik. Bizim həm tələbələrimizin, həm də universitetlərimizin sayı onlara nisbətən azdır. Türkiyədə universitetlər öz vətəndaşları üçün ödənişsizdir. Biz buna doğru getməliyik, nəinki təhsil haqlarını artırmalıyıq".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
O bildirib ki, ölkəmizdə 3-5 universiteti çıxmaq şərtilə digərlərində verilən təhsil onsuz da qənaətbəxş deyil:
"Ödənişsiz olsa belə, bir çox universitetdə təhsil almaq sadəcə vaxt itkisidir. Tələbələrin Azərbaycanda qalmasını istəyiriksə, mütləq təhsil haqlarını sıfıra endirməliyik.
Şəhid ailələri, qazilər, əlilliyi olan və.s şəxslər üçün müəyyən güzəştlər var. Güzəştlər tələbənin yenə də müəyyən qədər ödəniş etməsinə gətirib çıxarır. Ümumiyyətlə təhsil ödənişsiz olmalıdır və bu mümkündür. Universitetlərin dövlət tərəfindən maliyyələşməsi, fondları artırılmalıdır. Universitetlərdə keçirilən illərin hədər olmaması üçün mütləq transformasiya lazımdır. Müəllimlərin, infrastrukturun inqilabi səviyyədə dəyişməlidir. Universitetlərin mühiti, fiziki abu-havası dövlət hesabına dəyişdirilməlidir".
Qeyd edək ki, bu il bir neçə ixtisasda illik ödəniş artırılıb.
Əfsanə Kamal
Demokrat.az