Daha əvvəl dəfələrlə xəbər verdiyimiz kimi, Paytaxtın Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən “Komfort” yaşayış kompleksinin sakinləri 7 ildir mənzillərinə çıxarış ala bilmədiklərindən şikayətçidirlər.
Demokrat.az xəbər verir ki, ATV də sözügedən yaşayış kompleksindəki problemlərlə bağlı reportaj hazırlayıb.
Bildirilib ki, 7 il öncə təhvil verilən binanın lanşaft dizaynında əks olunan yaşıllıqdan, uşaq atraksiyonlarından və skamyalardan əsər-əlamət yoxdur.
Qeyd olunub ki, həyətdəki yeganə söhbətgahı sakinlər öz vəsaitləri hesabına düzəltdiriblər.
“Binada havalandırma sistemləri işləmir, yanğın əleyhinə heç bir təhlükəsizlik tədbiri görülməyib. Binanın daxilində və həyətində işlər yarımçıq saxlanılıb. Bir hissəsi hasara alınmayıb. Bütün bunlara görə də bina təhvil verilməyib. Yəni sakinlərin yaşadığı evə aid çıxarışı yoxdur”, - reportajda deyilir.
Qeyd olunub ki, yaşayış kompleksinin məxsus olduğu “İnteks” MMC müvafiq suallara cavab verməkdən imtina edib.
Daha ətraflı: