“Ermənistan hakimiyyəti Azərbaycanla uzunmüddətli sülhün bərqərar olmasına çalışır və bu məsələdə xalqın köməyinə ümid edir“.
Demokrat.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistanla Azərbaycan arasında müharibə yox, sülh olacaq. Əslində biz bu məsələnin uzunmüddətli həlli üzərində işləyirik və bunun üzərində işləməkdə davam etməliyik. Və inanıram ki, erməni xalqı bu məsələdə bizə kömək edəcək, mən buna əminəm”, – Ermənistan hökumətinin başçısı qeyd edib.
Paşinyan Qarabağı yalnız 2022-ci ildə Azərbaycanın bir hissəsi kimi tanıdığından təəssüfləndiyini də bildirib: “Mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun bir hissəsi kimi 2022-ci ildə tanıdım. Bundan əvvəl, 2022-ci ilin sentyabrında biz KTMT ilə əlaqə saxladıq… Bizə dedilər ki, sərhəd aydın deyil. Bizim sual yarandı: “Qırmızı xətt” hardan keçir? KTMT-də bizim ərazi bütövlüyümüzü tanıyırmı? Özümüz necə, bunu tanıyırıqmı?”
Paşinyanın sözlərinə görə, aydın oldu ki, qonşu ölkənin ərazi bütövlüyü tanınmayınca bunu etmək mümkün deyil. “Bəli, mən 2022-ci ildə Qarabağ onun içində olmaqla Azərbaycanın ərazi bütövlüüyünü tanıdım. Belə bir qərar daha əvvəl verilməli idi”, – deyə Ermənistanın baş naziri deyib.
Baş nazir həmçinin bəyan edib ki, Ermənistan çox güman ki, təşkilata üzvlüyünü ləğv etməkdənsə, KTMT-dən çıxacaq.