Paşinyan: Əbu-Dabidəki görüş müsbət nəticələr verə bilər

XARİCİ SİYASƏT 16 iyul 2025, 16:50
Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib.

Demokrat.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Əbu-Dabi tərəflərin görüş və danışıqlar barədə əvvəlcədən razılığa gəldikləri ilk görüş oldu", - o bildirib.

N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə söhbətin müsbət nəticələri ola bilər, lakin o, hələlik hansı nəticələr olduğunu açıqlamayacaq: "Müzakirə çox faydalı oldu, ümid edirəm ki, biz bu formatda söhbəti davam etdirəcəyik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top