Əlilliyi olan şəxslərə 69 min reabilitasiya vasitəsi verilib

SOSİAL 16 iyul 2025, 12:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci yarımilində əlilliyi olan şəxslərə 69 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 4,5 mindən çoxu təkərli oturacaq (o cümlədən 44-ü mühərrikli təkərli oturacaq), 1,3 mini aşağı və yuxarı ətraf protezi, 3,3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 5,1 min cüt protez və ortopedik ayaqqabı, 346 eşitmə aparatı, 285 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 6 ayında əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top