Polad Həşimovun oğlu bu universitetə qəbul oldu

SOSİAL 16 iyul 2025, 13:30
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun oğlu Davud Həşimov ali təhsil almaq üçün ABŞ-ı seçib.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, Davud Həşimov 4 müxtəlif ölkənin 7 nüfuzlu universitetindən qəbul alıb. Milli Qəhrəmanın oğlu təhsilini ABŞ-ın prestijli ali təhsil müəssisələrindən biri olan Purdue Universitetində davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, Purdue Universiteti dünyada mühəndislik və texnologiya sahəsində aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top