Elnarə psixoloqlarla bağlı qurumlara səsləndi: "Böyük pullar xərclənir"

SOSİAL 16 iyul 2025, 14:26
Aparıcı Elnarə Təhməzova psixoloqların fəaliyyətindən şikayət edib.

Demokrat.az xəbər verir ki, aparıcı proqramı zamanı psixoloqların peşəkar olmadığını, buna baxmayaraq insanların pulunu yediklərini deyib:

"Dövlətin bu sahədə prioriteti nədir? Hər yerindən duran özünə psixoloq deyib insanın həyatı ilə oynamasın. Psixoloqların sayəsində insanlar ağırlaşırlar, fəlakətə gedirlər. Adamın psixoloqa müraciət etmək kimi vəziyyəti var. Psixoloqun yaxşı olmamasına görə, adam məcbur psixiatora gedir. Faciə odur ki, psixiator da yaxşı deyil.

Dövlət qurumlarına, rəsmilərinə səslənirəm, əlini vicdanına qoyub çalışan televiziya rəhbərləri, aparıcılar: psixoloqları efirə çağıranda, onların mərkəz açmağına icazə verəndə düzgün yoxlayın. Onlar bizim uşaqların həyatı ilə oynayırlar. Onların köməyinə ehtiyacı olanların... Bu yaxınlarda həkimlərlə bağlı reydlər keçirildi və müsbət nəticəsi də oldu.

Loqopetlər, şəhərdə fəaliyyət göstərən mərkəzlərlə bağlı reyd aparın, amma vicdanla edin. Onlar valideynlərin eşitmək istədiyini onlara deyirlər, yalançı vədlər verirlər. Orada böyük məbləğdə pullar xərclənir. Onlardan qəbz, ƏDV istəyəndə vermirlər. Onlar heç düzgün kassa ilə çalışmırlar". (Axşam.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 iyul 2025, 21:38
Top