Azərbaycan dəhlizlə bağlı ən real təklifə üstünlük verəcək — Deputat

GÜNDƏM 15 iyul 2025, 14:16
Zəngəzur dəhlizinə nəzarətlə bağlı son yayılan məlumatlardan biri də ABŞ şirkətinin 100 illik icarə ilə dəhlizə nəzarət edə biləcəyidir. Bu nə dərəcədə realdır və Azərbaycanın maraqlarına uyğundurmu?

Mövzu barədə Demokrat.az-a danışan millət vəkili Aydın Mirzəzadə deyib ki, dəhliz ətrafında müxtəlif müzakirələr gedir və Azərbaycan öz maraqlarına uyğun təklifə üstünlük verəcək:



“Bu fakt Zəngəzur dəhlizinə dünyanın marağını göstərir. Zəngəzur dəhlizinin təkcə region üçün deyil, dünya üçün nə qədər böyük əhəmiyyət daşıdığının göstəricisidir. Dünya fərqindədir ki, bu layihənin müəllifi, təşəbbüskarı Azərbaycandır və onun həyata keçməsi üçün çox böyük işlər görür. Zəngəzur dəhlizi ilə bağlı hələ çox təşəbbüslər eşidəcəyik. Bütün bunların hamısı müzakirə mövzusudur. Hesab edirəm ki, Azərbaycan öz maraqlarını və eyni zamanda regionun əbədi təhlükəsizlik prinsiplərini əsas götürərək ən real təşəbbüsə üstünlük verəcək.”

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top