İlham Əliyev : Ölkələrimizin sarsılmaz qardaşlığı həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik amilidir"

XARİCİ SİYASƏT 15 iyul 2025, 12:12
Bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir.

Demokrat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 2016-cı il dövlət çevrilişə cəhdinin qarşısının alınmasının növbəti ildönümü ilə bağlı müraciətində deyilir:

“Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Əminəm ki, tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimiz birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcək və dərinləşəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top