“Nikol Paşinyanın Brüssel səfəri ilk növbədə Ermənistanın Avropa İttifaqı ilə münasibətləri kontekstində dəyərləndirilməlidir. Nəzərə alsaq ki, Ermənistanın Aİ üzvlüyü ilə bağlı parlamentdə qərar da qəbul edilib və münasibətlərin inkişaf etdirilməsi əsas strateji hədəf olaraq götürülüb”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Aİ Rusiyanı bölgədən sıxışdırmaq üçün bölgədəki ölkələrlə münasibətləri normallaşdırır və öz təsirini artırmağa çalışır:
“Ermənistan bu prosesdə əsas rol oynayır, çünki Rusiyanın məhz bu ölkədə hərbi bazası, ciddi təsir imkanları mövcuddur. Bunu azaltmaq üçün Paşinyanın dəstək aldığı əsas mərkəzlərdən biri Avropa İttifaqıdır.
Düşünürəm ki, bu görüşlərdə həm ikitərəfli münasibətlər, həm də bir müddət əvvəl Əbu-Dabi şəhərində keçirilmiş görüş müzakirə olunacaq. Zəngəzur dəhlizi, kommunikasiyaların açılması, Türkiyə ilə normallaşma prosesi də dəyərləndirilə bilər. Şübhəsiz ki, Ermənistandakı daxili siyasi vəziyyət müzakirə mövzularından biri olacaq.
Politoloq bildirib ki, Paşinyanın əsas məqsədi Ermənistana siyasi və maliyyə dəstəyinin artırılması ola bilər:
“Çünki bir il sonra Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyanın hakimiyyətdə qalması üçün çox ciddi dəstəyə ehtiyacı var. Bu dəstəyi verəcək əsas mərkəzlərdən biri də Avropa İttifaqıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az