Keçmiş məcburi köçkün: "Uşaq vaxtı tərk etdiyim doğma torpaqlara indi övladlarımla qayıdıram"

SİYASƏT 14 iyul 2025, 08:40
"Uşaq vaxtı tərk etdiyim doğma torpaqlara indi övladlarımla qayıdıram".

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, bunu bu gün Xocalı rayonunun Xanyurdu kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Elbrus Abbasov deyib.

O bildirib ki, kənddə qurulan yeni evlər, infrastruktur və digər sosial obyektlər sakinlərin rahat yaşayışı üçün yaxşı imkan yaradır.

Elbrus Abbasov göstərilən yüksək diqqətə görə minnətdarlıq edib:

"Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Onların sayəsində həsrətimizə son qoyulub".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top