İyulun ortalarında Bakı və ətraf ərazilərdə havalar təkcə isti deyil, sözün əsl mənasında nəfəs kəsici şəkildə keçir. Temperaturun 40 dərəcəyə yaxınlaşdığı günlərdə insan orqanizmi ciddi sınaqlarla üz-üzə qalır. Üstəlik, bu günlərdə Günəş aktivliyinin artması nəticəsində baş verən maqnit qasırğaları vəziyyəti daha da çətinləşdirir.
Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, mütəxəssislər hər iki faktorun – həm yüksək istilik, həm də maqnit qasırğasının tək-tək ciddi narahatlıqlar doğurduğunu bildirir. Ancaq bu iki hadisə eyni vaxtda baş verdikdə, təsirlər qat-qat artır və xüsusilə ürək-damar, sinir və tənəffüs sistemi zəif olan insanlar üçün risk daha yüksək olur.
Bəs maqnit qasırğası nədir və bədənə necə təsir edir? pizza sifarişi
Maqnit qasırğaları Günəşdən Yerə yönələn plazma axınlarının planetimizin maqnit sahəsində yaratdığı pozuntulardır. NASA və digər kosmik monitorinq mərkəzləri bu hadisələri "geomaqnit qasırğası" kimi qeyd edir və onların insanlara olan təsiri dəfələrlə sübut olunub.
Əsas əlamətləri aşağıdakılardır:
Baş ağrısı, göz qaralması
Yuxusuzluq və ya yuxululuq
Ürək döyüntüsünün sürətlənməsi
Qol və ayaqlarda keyimə
Narahatlıq, gərginlik, əhval dəyişikliyi
Xüsusilə yaşlılarda və xroniki xəstələrdə təzyiq oynayır, infarkt və insult riski artır
Maqnit qasırğaları adətən 1-3 gün davam edir, ancaq bu müddət ərzində bədənin özünü bərpa etmə qabiliyyəti zəifləyir. Bəzi nevroloqlar bu hadisəni “görünməz təbiət stressi” adlandırırlar.
Təkcə havanın 35 dərəcədən yuxarı olması belə ürəyə əlavə yükdür. Üzərinə bir də maqnit qasırğası düşəndə, bu, orqanizmdə balanssızlıq yaradır. İnsan özünü izaholunmaz şəkildə halsız, narahat, əsəbi hiss edir. Sanki ‘hava təzyiqi’ təkcə barometrik yox, həm də emosional olur.
Belə günlərdə bədəndə elektrolit disbalansı yaranır. O, maqnit qasırğasının insan bədənindəki hüceyrə membranlarının elektrik yüklərinə təsir edir.
“Bu dəyişikliklər xüsusilə sinir sistemində ‘dəyişkən siqnallar’a səbəb olur. Beyin gərginlik və yorğunluq siqnalları göndərir. Eyni zamanda, isti hava ilə birlikdə orqanizm susuz qalır, qan qatılaşır və nəticədə ürək-damar sistemi daha ağır işləyir.
Hipertoniyadan əziyyət çəkənlər, ürək çatışmazlığı olanlar, miqren və ya xroniki baş ağrısı yaşayanlar, depressiya və ya panik atak diaqnozu olanlar, eyni zamanda hamilə qadınlar və yaşlılar daha çox risk altındadır.
Qorunmaq üçün bir sıra əsas məqamları nəzərdə saxlamaq lazımdır:
Çöldə minimum qalın – Saat 11:00-dan 17:00-a qədər çölə çıxmamaq tövsiyə olunur. Əgər zərurət varsa, açıq rəngli, nazik və nəfəs alan paltarlar geyin.
Su içməyi unutmayın – Hər 30 dəqiqədən bir 1 stəkan sərin (amma buz kimi olmayan) su içmək orqanizmin balansını qoruyur.
Elektrolitlərə diqqət – Limonlu su, duzlu ayran, təbii mineral sular içmək faydalıdır.
Duz və şəkəri azaldın – Bu maddələr suyu orqanizmdə saxlayır və qan təzyiqini yüksəldə bilər.
Kofein və enerji içkilərindən uzaq durun – Bu içkilər həm ürəyə yük salır, həm də susuzlaşdırır.
Əsəblərinizi sakitləşdirin – Maqnit qasırğası zamanı qıcıqlanma artır, buna görə valeriana, melissa və ya passiflora çayı kimi təbii sakitləşdiricilər kömək edə bilər.
Havanı nəmləndirin – Kondisioner və ventilyator işləyən otaqlarda hava quruyur. Nəm parça asmaq və ya su qabı qoymaq faydalıdır.
İsti hava və maqnit qasırğaları bizim nəzarətimizdə olmayan, ancaq təsirini ciddi şəkildə hiss etdiyimiz təbiət hadisələridir. Bədənimizi dinləmək, bu günlərdə yüklənməmək və özümüzə qarşı anlayışlı olmaq bu təsirləri minimuma endirə bilər.
Unutmayın: baş ağrısı, ürəkbulanma və ya təzyiqdə kəskin dəyişiklik hiss edirsinizsə, bu "sadəcə hava" deyil – bu, orqanizmin siqnalıdır. Laqeyd yanaşmayın.