Ukraynada polkovniki Azərbaycan vətəndaşları qətlə yetirib?

DÜNYA 14 iyul 2025, 12:25

Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin qətlində Azərbaycan vətəndaşlarının əli olduğu iddia olunur. 

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın “Senzor” nəşrinin baş redaktoru Yuri Butusov sosial şəbəkədə məlumat yayıb.

Həmin şəxsin 1981-ci il təvəllüdlü Xaqani Güləlizadə olduğu və Ukraynaya qeyri-qanuni yolla gəldiyi bildirilir. Belə ki, bu ilin fevralında həmin şəxs Ukrayna sərhədini keçməyə cəhd edib, lakin onun ölkəyə girişi 2030-cu ilə qədər qadağan edilib. Onun tərəfdaşı isə may ayında Moldovadan Ukraynaya gələn 1991-ci il təvəllüdlü Nərmin Quliyeva olub.

Xatırladaq ki, Voroniç ötən həftə Kiyevdə güllələnib. 

Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti Voroniçin qatilləri olduğu iddia edilən şəxslərin zərərsizləşdirildiyini açıqlayıb. Ukrayna xüsusi xidmət orqanları hər iki şübhəlini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə işləyən agentləri hesab edir. Lakin hələlik bununla bağlı hər hansı sübutlar təqdim edilməyib.

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top