"Süni intellekt texnologiyası çox mürəkkəb və qəliz elmi naliyyətdir. Əslində hazırda süni intellekt avtomatizasiya, robotasizasiyadır. Elm və texnologiya sağlam insanların əlində olsaydı, bunun insanlıq üçün faydası olardı. Təəssüf ki, bu vasitələr indi ancaq quldurların əlindədir. Həmin quldurlar texnologiyadan yalnız bəşəriyyətin zərəri üçün istifadə edirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
O bildirib ki, bunu çəkinmədən açıqlayırlar:
"Bu texnologiya yaxşı nəticə vəd etmir və insanlar bundan yaxşı işlər üçün istifadə etmir. Yalnız 1-2 faiz hallarda insanlar süni intellektdən faydalı şeylər üçün istifadə edirlər. Süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacaq.
Kapitalizm əxlaqsız olduğu üçün bu texnologiyalardan yalnız pul qazanmaq üçün istifadə olunacaq. İşsiz qalan lazımsız kütlə bir yolla məhv ediləcək. Elmi kommunizm deyirdi ki, texnologiya inkişaf etdikdə əmək fəaliyyətini onlar görəcək, insanlar isə yaradıcı işlərlə məşğul olacaq. Kapitalizmdə bu mümkün deyil. Süni intellekt sistemi gələcəkdə daha böyük problem yaradacaq".
Qeyd edək ki, bir çox ölkələr süni intellekt proqramlarına çıxışı qadağan edən qanun qəbul edib.
Əfsanə Kamal
Demokrat.az