Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə deyib ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb. E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda, sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb.
Məsələyə münasibət bildirən siyasi şərhçi Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, son zamanlar Azərbaycan Prezidenti tərəfindən səlahiyyət verilmiş nümayəndənin verdiyi açıqlamalar Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlərin əldə edildiyini göstərir:
“Xüsusilə mart ayında sülh müqaviləsinin əsas müddəalarının razılaşdırılması tərəflər arasında anlaşma istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Hazırkı vəziyyətə əsaslanaraq demək olar ki, Ermənistan artıq prosesi sonsuzadək uzatma imkanına malik deyil və daxili ictimai-siyasi şərait bu cür manevrlərə imkan vermir. Sülh müqaviləsinin imzalanması ehtiyacı açıq şəkildə ortadadır və prosesin daha da təxirə salınması bölgədə sabitliyin əleyhinədir. Bununla belə, dayanıqlı sülhün əldə olunması üçün yalnız sənədin imzalanması kifayət etmir. Ermənistan daxilində revanşist qüvvələrin və xarici təsirlərə bağlı dairələrin bu prosesi əngəlləmək səyləri göz önündədir. Xüsusilə Rusiya yönlü siyasi dairələr və Erməni Apostol Kilsəsi bu sülh təşəbbüslərinə qarşı açıq etiraz göstərirlər. Bu səbəbdən, sülh müqaviləsinin real nəticə verməsi üçün Ermənistanın konstitusiyasında dəyişikliklərin edilməsi zəruri görünür”.
Siyasi şərhçi əlavə edib ki, Baş nazir Paşinyanın son çıxışlarında konstitusiya dəyişikliklərinə ehtiyac olduğunu vurğulaması bu istiqamətdə iradə nümayiş etdirdiyinə işarədir:
“O, hesab edir ki, mövcud konstitusiya dəyişmədiyi təqdirdə Ermənistan regiondakı proseslərə uyğunlaşmaqda çətinlik çəkəcək. Bütün hallarda ehtimal olunur ki, Ermənistanda keçiriləcək seçkilərdən sonra əgər Paşinyan mövqeyini qoruyub saxlayarsa sülh müqaviləsinin imzalanması və konstitusion islahatların başlanması mümkündür. Bu isə yalnız iki ölkə arasında deyil, ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması baxımından mühüm dönüş nöqtəsi ola bilər”.
Leyla Turan
Demokrat.az