Sanatoriyadan Özbəkistan vətəndaşının meyiti tapıldı

HADİSƏ 13 iyul 2025, 00:00

Naftalanda sanatoriyadan 37 yaşlı kişi meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, sanatoriyada istirahət edən Özbəkistan vətəndaşı 1988-ci il təvəllüdlü Z.Kafarovun meyiti aşkarlanıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, Z.Kafarov ürək tutmasından ölüb. Onun Özbəkistandan Naftalana istirahətə gəldiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top