ABŞ-ın Məxfi Xidmətinin rəhbərliyi və 2024-cü ilin iyul ayında prezidentliyə namizəd olan Donald Trampa sui-qəsd zamanı onu qoruyan agentlər seçkiqabağı mitinq günü yol verilən səhvlərə görə məsuliyyət daşımayıblar.
"Report"un məlumatına görə, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən bildirib.
Onların sözlərinə görə, Məxfi Xidmətin əməkdaşları Batler şəhərində (Pensilvaniya ştatı) baş verən sui-qəsddən sonrakı reaksiyadan son dərəcə məyus olublar. Həmin vaxt bu xidmətə rəhbərlik edən Kimberli Çitl tezliklə istefa versə də, telekanalın hüquq-mühafizə orqanlarındakı mənbələrinin fikrincə, həmin gün Trampın təhlükəsizliyinə cavabdeh olan bütün şəxslər dərhal işdən uzaqlaşdırılmalı idi. Lakin sui-qəsddən keçən bir il ərzində Xidmətin yalnız altı əməkdaşı məsuliyyətə cəlb edilib.
"Üstəlik, onların əksəriyyəti Pittsburq (Pensilvaniya ştatı) bölməsində işləyirlər", - mənbə qeyd edir.
Məxfi Xidmət sıralarında bu, Pittsburq bölməsini "günah keçisi" etmək və rəhbərliyin səhvləri üçün məsuliyyəti onların üzərinə qoymaq cəhdi kimi qəbul edilir.
Daha əvvəl Məxfi Xidmətin direktorunun müavini Mett Kvinn bildirmişdi ki, sözügedən mitinqdə Trampın mühafizəsinə cavabdeh olan altı əməkdaş 10-42 günlük işdən uzaqlaşdırılıb.
Agentlər işə qayıtdıqdan sonra onların vəzifə əhatəsi daha məhdud olub.
Qeyd edək ki, Tramp ötən il iki sui-qəsd cəhdindən sağ çıxıb.