Günəşdə aktivlik müşahidə olunur

GÜNDƏM 12 iyul 2025, 19:29
Günəşdə iyulun 11-i günorta saatlarından fəal mərkəzlərin sayının və sahəsinin sürətlə artması müşahidə edilir.

Oxu.Az bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytına istinadla xəbər verir.

Bildirilir ki, oxşar proses Günəşin Yerdən görünməyən əks tərəfində də gedir. "Solar Orbiter" kosmik aparatı hazırda Günəşdəki fəallığı izləyir.

Məlumata görə, iyulun 11-dən 12-dək Günəşdə 17 partlayış baş verib ki, bu da iyulun orta göstəriciləri ilə müqayisədə aktivliyin təxminən üç dəfə artması deməkdir.

Qeyd edilir ki, Günəş aktivliyinin dəyişməsi qlobal xarakter daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top