Gecə 3-də törədilmiş qətllə bağlı RƏSMİ AÇIQLAMA

KRİMİNAL 12 iyul 2025, 11:26
Sumqayıt Şəhər Prokurorluğu gecə saatlarında törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Demokrat.az prokurorluğa istinadən xəbər verir ki, iyulun 12-si gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 13:38
Top