Sumqayıtda kişi küçədə öldürüldü — Kürəkəni saxlanıldı

KRİMİNAL 12 iyul 2025, 08:18
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Demokrat.az Report-a istinadən xəbər verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.

Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib. 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni Nurullah Mərdanov saxlanılıb.

Məlumata görə, Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 13:38
Top