İsmayıllıda 40 yaşlı qadın itkin düşdü

HADİSƏ 12 iyul 2025, 15:37
İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Demokrat.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb

Bildirilib ki, sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub.

Onun əlamətləri: boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.

Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89  şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top