Evindəki partlayışda xəsarət alan kişi öldü

HADİSƏ 12 iyul 2025, 22:20

Bir neçə gün əvvəl Gəncədə fərdi yaşayış evində partlayışla nəticələn yanğın hadisəsində xəsarət alan şəxs ölüb.

“Qafqazinfo” xəbər verir ki, 1958-ci il təvəllüdlü Ş.Musayev bu gün səhər saatlarında müalicə aldığı Kliniki Tibbi Mərkəzin nəzdində olan Toksikologiya Mərkəzində vəfat edib.

Xatırladaq ki, hadisə iyul ayının 4-də baş verib. Nəticədə ev sahibi 1958-ci il təvəllüdlü Ş.Musayev yanıq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Yanıq xəsaərtləri alan şəxsin vəziyyəti ağır olduğuna görə elə həmin gün Bakı şəhərinə aparılıb.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top