Ailəsi ilə istirahətə gedən 2 yaşlı uşaq çayda boğuldu

HADİSƏ 12 iyul 2025, 19:44

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

Belə ki, Yuxarı Tala kənd sakini Səfiyə İsmayılova ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarına gedib. Bu zaman valideynlərinin gözündən yayınan azyaşlı çaya düşüb və onu su aparıb.

Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top