Tez-tez sosial şəbəkələrdə hansısa xəstələr üçün mənfi və ya müsbət rezuslu qan axtarıldığına rast gəlirik. Xəstələrə köçürülən qanın təkcə mənfi və ya müsbət rezuslu olması yox, həm də hansı qan qrupuna aid olması, yəni qan qrupunun uyğunluğu da vurğulanır. Bundan başqa, nikaha girən şəxslər də qan analizi verib, qanlarının uyğunluğunu gələcəkdə dünyaya gələcək körpələrin sağlamlığı üçün yoxlayırlar.
Bəs bu uyğunsuzluq özünü daha çox nədə göstərir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə mütəxəssis, professor Adil Qeybulla deyib ki, ananın qanı RH mənfi rezus olduqda döldə müxtəlif problemlər yaşanır:
“Qan qrupları müxtəlif olur, ən çox yayılan I, ən az yayılan isə IV qan qrupudur. IV qrup qan demək olar ki, 15 faiz, IV qrup mənfi qan rezus isə 5-6 faiz civarındadır.
Təbii ki, evlənən şəxslər özlərinə qan qrupuna uyğun namizəd seçə bilməzlər. Sadəcə olaraq, anada rezus mənfi olanda döldə müəyyən problemlər yaşana bilər. Bu da nəzarət altında saxlanılır və onun qarşısı alınır. Yəni bununla bağlı ciddi problem yoxdur. Sadəcə, bunlar öncədən bilinməlidir ki, mümkün ağırlaşmaların qarşısını əvvəlcədən almaq mümkün olsun”.
Həkimin sözlərinə görə qan qrupunun və ya rezus faktorunun intellektə, irqi üstünlüyə və insanın fəaliyyətinə qətiyyən dəxli yoxdur:
“Alimlər tədqiqatlar nəticəsində belə qənaətə gəliblər ki, müəyyən qan qruplarında bəzi xəstəliklər çoxluq təşkil edir. Amma onun da əslində konkret bir elmi əsası yoxdur, bu da təsadüfi bir yayılmadır.
Qan qrupunun necə olması döldə uşağın anadan, atadan rezus götürməsindən asılıdır. Əgər uşağın qanı müsbət rezusdursa, ananınkı mənfidirsə, bu zaman onlar arasında mübarizə başlayır. Bunları da korreksiya etmək üçün bu gün tibbin imkanları var”.