“Əslində, müəllim ixtisasının kolleclərdən yığışdırılması yaxşı hal deyil. Kolleclərin dirçəldilməsi təhsil üçün olduqca vacibdir”.
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. O bildirib ki, dünyada kollec təhsili ölkələrin təhsil sistemində özünəməxsus yer tutur, kolleclər məzunlarına verdikləri təhsilin keyfiyyətinə görə heç də ali məktəblərdən geri qalmırlar:
“Bizdə kolleclər texnikumların varisidir, sonradan kollec adlandırıldı. Əslində, kollec daha böyük spektrdə təhsil verən qurumdur. Kolleclərin nə üçün bu duruma düşməsi barədə danışmaq lazımdır. Kolleclərdə təhsilin keyfiyyətində çox ciddi problemlər var: dərsliklər yazılmır, müəllimlər peşəkar bacarıqlarını artırmır. Digər tərəfdən, uzun müddət kolleclərdə korrupsiya tüğyan edib. Bu da bizim kollecləri həddindən artıq zəiflədib”.
Cavidan Mirzəzadə
Demokrat.az