Ağdərədə minaya düşən kişinin VƏZİYYƏTİ AĞIRDIR YENİLƏNİB

HADİSƏ 10 iyul 2025, 10:23
Ağdərədə minaya düşən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata əsasən, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq.

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

***
09:32

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

****
09:16

Ağdərədə 46 yaşlı kişi minaya düşüb.

Demokrat.az xəbər verir ki, Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otara zaman minaya düşüb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top