ABŞ prezidenti Donald Trampın administrasiyası Bakı və İrəvana Azərbaycanın qərb hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək yol haqqında təklif təqdim edib.
Ordu.az xəbər verir ki, bu barədə “Carnegie” (Karnegi) Fondunun analitiki Olesya Vardanyan iki xarici diplomatın məlumatına istinad edərək bildirib.
“Azadlıq Radiosu” yazır ki, həmin mənbələrin bildirdiyinə görə, amerikalıların təklifi illər əvvəl Avropa İttifaqı (Aİ) tərəfindən təklif olunan varianta bənzəyir. Bu variantın əsasında 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstan arasında razılaşdırılmış plan dayanırdı. Həmin plana əsasən, tərəflər Abxaziya və Cənubi Osetiya kimi mübahisəli bölgələrdən keçən marşrutların idarəsini İsveçrədə yerləşən müstəqil bir şirkətə həvalə etməli, şirkət isə logistik məlumatları bütün maraqlı tərəflərə ötürməli idi.
Aİ bu presedenti rəhbər tutaraq, oxşar təklifi Bakı və İrəvana da təqdim etmişdi. “Lakin əvvəlcə Ermənistan-Azərbaycan sərhədində gərginliyin yenidən alovlanması, daha sonra isə 2023-cü ildə Qarabağda vəziyyətin kəskinləşməsi nəticəsində müzakirələr pozuldu”, - deyə Karnegi analitiki qeyd edir.
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının taleyi hələ də həll olunmamış əsas məsələlərdən biri olaraq qalır. Orta Dəhliz Rusiya ərazisindən keçən yollar üçün alternativ ola bilər. Bu dəhliz Çin ilə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə birləşdirə bilər ki, bu da xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra böyük əhəmiyyət qazanıb. Bu yolun bir hissəsi nəzəri baxımdan Ermənistan ərazisindən keçə bilər və Türkiyəni Azərbaycanla, oradan da Mərkəzi Asiya ilə birləşdirə bilər. Ankara bu istiqamətdə xüsusi maraq və strateji hədəflərə sahibdir.
“Bakı ümumilikdə bu təklifə etiraz etmir. Eyni zamanda, Azərbaycan israr edir ki, ilk növbədə ölkəni öz anklavı olan Naxçıvanla birləşdirəcək cənub marşrutunun açılmasına başlanılsın. Bu layihə Azərbaycanın təşəbbüsü ilə Qarabağ müharibəsinin sonunda Moskvanın vasitəçiliyi ilə imzalanan üçtərəfli sənədə daxil edilib və bu sənəd marşrutun gələcək idarəsində Rusiyanın iştirakını da nəzərdə tutur”, - deyə Karnegi analitiki bildirib.