“Rusiya mətbuatında ölüm hallarının xəstəliklə əlaqələndirilməsini görürük. Amma biz Azərbaycanda nəşləri ekspertiza etdikdə gördük ki, onların ölümünü təbii adlandıra bilmərik. Hesab edirik ki, Rusiya hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı fərqli rəyi olacaq”.
Demokrat.az xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
O bildirib ki, əgər Azərbaycan vətəndaşları xüsusi amansızlıqla qətlə yetirilibsə, bunu araşdırmaq vəzifə borcumuzdur.
Cavidan Mirzəzadə
Demokrat.az