"Google" şirkəti "Android" və "iOS" əməliyyat sistemlərində yeni haker hücumu sxemi barədə xəbərdarlıq edib.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu hücumlar zamanı mobil baza stansiyasının (FBS) simulyatorlarından istifadə olunur.
Operatorların "SMS Blaster" adlandırdıqları bu yeni dələduzluq sxemi artıq Vyetnam, Fransa, Norveç, Tailand və bir sıra digər ölkələrdə aşkarlanıb.
Bildirilib ki, bu hücumdan qorunmağın ən yaxşı yolu telefonda 2G şəbəkəsini söndürməkdir. İstehsalçı və modeldən asılı olaraq, 2G şəbəkəsinin aktiv olub-olmadığını yoxlamaq üçün cihaz menyusunda axtarış aparmaq kifayətdir.