Çıxarışı olmayan mənzillərlə bağlı vacib xəbər — VİDEO

SOSİAL 27 iyun 2025, 09:05

Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür.

Demokrat.az  "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, ekspertlərin sözlərinə görə, əksər mənzil sahiblərinin bundan xəbərləri yoxdur. Yanğın və digər hallarda isə belə daşınmaz əmlak sahibləri çıxılmaz vəziyyətdə qalırlar.

Sığorta mütəxəssisləri bildirirlər ki, daşınmaz əmlakın icbari sığortasına əsasən, çıxarışlı evlərin sahibləri sığorta üçün müraciət edirlər. Ancaq ev hələ çıxarış almamış yeni binada və ya şəxsi torpaq mülkü olan evdirsə, mənzilin həmin şəxsin olduğunu sübut edən müqavilə və ya hər hansısa aidiyyəti olan bir qurumdan alınan sənədlə sığortalamaq mümkündür.

Eskpert, həmçinin onu da bildirib ki, əgər tikili qəzalı vəziyyətdə olarsa, sökülməsi ilə bağlı qərar olarsa, bu əmlakları icbari qaydada sığortalamaq mümkün deyil. Sığorta məbləğləri həm fərdi evlər üçün, həm də yaşayış binasında yerləşən mənzillər üçün eynidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 iyun 2025, 11:57
Top