Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?

SOSİAL 24 iyun 2025, 17:40
İyunun 24-ü saat 15:00-a olan məlumata görə, ölkənin bəzi bölgələrində küləkli hava davam edir.

Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hazırda şimal-qərb küləyi əsir və sürəti Goranboyda 27 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s, Naftalan və Zərdabda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlax, Şabran və Şəkidə 15 m/s-ə çatır.

Dənizdə dalğanın hündürlüyü 2.2 metr təşkil edir.

Küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top