Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası tərəfindən stomatoloji xidmətlərin əhali üçün əlçatanlığını artırmaq və ağız-diş sağlamlığı sahəsində maarifləndirməni genişləndirmək məqsədilə təşkil edilən səyyar tibbi aksiyalar davam etdirilir
Bu silsilədən növbəti tibbi aksiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində keçirilib. Klinikanın əsas həkim heyəti və rezident həkimlərinin iştirakı ilə uşaqların ilkin stomatoloji müayinəsi və gigiyenik maarifləndirmə işləri aparılıb, onların ağız-diş sağlamlığına dair fərdi tövsiyələr verilib.
Xüsusi diqqət kariyes, diş əti xəstəlikləri, diş sırası qüsurları və digər ortodontik problemlərin vaxtında aşkarlanmasına yönəldilib. Aşkarlanan hallar qeydiyyata alınmaqla, müvafiq müalicə tədbirlərinin təşkili üçün ilkin addımlar atılıb.
Bu cür səyyar xidmətlər bir daha göstərir ki, stomatoloji xidmətlərin preventiv yönümlü təşkili gələcəkdə ciddi diş problemlərinin qarşısının alınmasında mühüm rol oynayır.
Bu aksiyanın həyata keçirilməsində onlara yaxından dəstək olan Sosial Xidmətlər Agentliyinə öz xüsusi minnətdarlığını bildirən ATU Tədris Stomatoloji Klinikasının rəhbərliyi gələcəkdə də bu kimi sosial layihələri davam etdirmək əzmindədir.