Paşinyandan təxribatçı açıqlama: “Zəngəzur dəhlizi olmayacaq”

GÜNDƏM 21 iyun 2025, 17:18
“Biz dedik ki, Zəngəzur dəhlizi olmayacaq, “Sülh kəsişməsi” olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl Türkiyə erməni icması ilə görüşdə bildirib.

O qeyd edib ki, guya bu, ərazi bütövlüyü və suverenliyin qorunması deməkdir. Onun sözlərinə görə, Araz çayından o tərəfdə Ermənistan yoxdur, o tərəfdə Türkiyə var.

Paşinyan bildirib ki, Orta dəhliz gündəliyi Türkiyə üçün önəmlidir. O iddia edir ki, “Sülh kəsişməsi” layihəsinin xüsusiyyətlərindən biri onun tam şəkildə Orta Dəhlizə daxil olmasıdır və guya bu layihə Türkiyə tərəfindən dəstəklənir və təşviq olunur.

“Mənim üçün aydındır ki, “Sülh kəsişməsi” layihəsi Orta dəhliz layihəsinin bir hissəsi ola bilər və bu, ümumi məntiqə uyğundur. Əgər (Azərbaycan və Türkiyə – red.) Ermənistan ərazisindən keçmək istəyirlərsə, qoy keçsinlər. Bu, pisdirmi? Biz “Sülh kəsişməsi” layihəsi çərçivəsində özümüz təklif edirik”, - deyə Paşinyan əlavə edib.

O, Türkiyənin Böyük Turan layihəsini həyata keçirmək istədiyinə dair fikirlərə skeptik yanaşdığını bildirib.

“İndi ölkələr çalışırlar ki, yükləri öz ərazilərindən keçirsinlər və biz heç kimə buna icazə vermək istəmirik”, - deyə Paşinyan yekunlaşdırıb.

Eyni zamanda, Paşinyan manipulyasiyalarını davam etdirərək bildirib ki, hazır olmaq lazımdır – (guya) Azərbaycan “Sülh kəsişməsi” açıldıqdan sonra deyəcək ki, Zəngəzur dəhlizi açılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top