Yeni stansiyanın tikintisi bu tarixdə başa çatacaq — RƏSMİ

İNFRASTRUKTUR 17 iyul 2025, 12:20
“Bənövşəyi xəttin layihə adı “B-4” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulur”.

Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, tikintisinə başlanılan “Dərnəgül” elektrik deposunda da işlər plan üzrə icra edilir:

“Deponun birinci mərhələsi istismara verildikdən sonra bu depo Yaşıl xətt üzrə minimal tələblər səviyyəsində qatarların saxlanılması, texniki qulluğu və təmiri üçün istifadə olunacaq. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top