“Paşinyan öz rəqibini həbsdən çıxarıb özü üçün yeni cəbhə açmaz”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, "Hraparak" nəşri Ermənistanın revanşist qüvvələrinə yaxın nəşrdir, orada yayımlanan məlumatlar manipulyasiya xarakterli olur:

“O ki qaldı Donald Trampa və onun ailəsinə müraciət, həqiqətə uyğun versiya kimi görünmür. Amma hətta bu, həqiqət olsa belə, Paşinyanın Vardanyanın azad edilməsi ilə bağlı müraciət edəcəyini düşünmək sadəlövlük olardı.
Əslində Vardanyan məhz Moskvadan Qarabağa ona görə göndərilmişdi ki, orada bir qədər imicini möhkəmləndirdikdən sonra Paşinyana qarşı savaş açsın və onu hakimiyyətdən devirsin. Bu baxımdan mən düşünmürəm ki, Paşinyan o rəsmi müraciəti edər. Paşinyan öz rəqibini həbsdən çıxarıb özü üçün yeni cəbhə açmaz”.
Cavidan Mirzəzadə
Demokrat.az