Zenfira İbrahimovadan QADAĞA: “Sənətimdən sual verin, ailəmdən yox!”

ŞOU-BİZNES 13 iyun 2025, 22:31
Müğənni Zenfira İbrahimova efirlərə gec-gec çıxmasından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində açıqlama verib.

Sənətçi bildirib ki, bunun səbəbi proqramlarda ünvanlanan suallardır: “Məişət mövzularını, gündəlik istifadə etdiyimiz sözləri, həyat tərzimizi efirə yansıdırıq, tamaşaçılara ötürürük. Elə müğənnilər var ki, insan onlarla efirə çıxmaq istəmir.

Mən Zenfira İbrahimova kimi tanınıramsa, sənətim, ifalarım varsa, ondan sual verin. Yoxsa ailədən, ayaqqabı, çanta qiymətindən sual verirlər, soruşurlar ki, “evi neçəyə aldın?” Bu sualları verməyin. Özümə qadağalar qoymuşam ki, bəzi efirlərə çıxmayacağam. Sənətimdən sual ver, danışım, qızımdan, oğlumdan, evimdən sual vermə”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top