ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran rəsmiləri ona Tehranın nüvə proqramı ilə bağlı saziş bağlamaq xahişi ilə zəng edirlər.
Oxu.Az "NBC News"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı telekanala bildirib.
"Onlar sövdələşmə fürsətini əldən verdilər. İndi onların başqa fürsəti ola bilər. Baxacağıq", - o deyib.
İsrailin zərbələrindən sonra İranın niyə indi saziş bağlamaq istəməsi barədə sualı cavablandıran Tramp vurğulayıb ki, İslam Respublikasının hakimiyyət nümayəndələri ona bu cür təkliflərlə müraciət edirlər.
"Onlar məni sövdələşmə barədə danışmaq üçün çağırırlar", - Tramp deyib.